Xəbərlər

Rusiyanın döyüş qırıcıları Türkiyənin nəzarətində olan ərazini bombaladı: ölən və yaralılar var

Masya
Masya
  • 16 Jul 2020
  • 70 baxış

Rusiyanın hərbi qırıcıları Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olan Əl Bab qəsəbəsinə hava hücumu təşkil ediblər.

XalqTV.com  sondakika.com-a istinadən xəbər verir ki, Suriyanın şimalında Firat Qalxanı əməliyyatı ilə terrorçulardan təmizlənən Əl Bab qəsəbəsinin mərkəzindəki yaşayış məntəqələrinə edilən iki hava hücumunu nəticəsində, ilkin açıqlamalara görə, bir nəfər ölüb, 11 yaralı var.

Hücum dünən axşam saat 22:29 və 22:44 radələrində gerçəkləşdirilib. Rusiyaya məxsus qırıcıların Bab-da uçuşlarını davam etdirdikləri də gələn məlumatlar içindədir.

Aralarında uşaqların da olduğu yaralılar qəsəbədəki xəstəxanalara yerləşdiriliblər. Hadisə yerinə cəlb edilən Mülki Müdafiə dəstəsi dağılan binaların dağıntıları altında axtarış-xilasetmə işlərini davam etdirirlər. Ölən və yaralıların sayının artacağı istisna edilmir.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu 2017-ci ilin fevralında Əl Bab qəsəbəsini İŞİD terrorçularından təmizləmişdilər.


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR