Xəbərlər
Bakıda mənzildə meyit tapılıb

15:48
14 İyul 2020
Bakıda mənzildə meyit tapılıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü İmanov Ənvər İsgəndər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
XalqTV.com
RƏYLƏR