Şəhid

Şəhid olan baş əsgər Məmmədov... - FOTO

  • 13 Jul 2020
  • 450 baxış

Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçularımızdan biri də Məmmədov Elşad Dönməz oğludur.

XalqTV.com qafqazinfo-ya istinadən xəbər verir ki, Elşad Məmmədov Tovuzun Ağdam kənd sakini olub. Baş əsgər Elşad 1996-cı ildə anadan olmuşdu. 
 
Xatırladaq ki, Ermənistan tərəfinin ötəngünkü təxribatı nəticəsində 3 nəfər - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub. Bu gecə gedən döyüşlərdə isə baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub. 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR