SAĞLAMLIQ

Həkimdən Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA

Masya
Masya
  • 10 Jul 2020
  • 30 baxış

Bəhram Bağırzadənin kliniki əlamətləri yaxşıdır.

XalqTV.com xəbər verir ki, bunu oxu.az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

O bildirib ki, Əməkdar artistin vəziyyətində müsbət dinamika davam edir:

"Bəhram Bağırzadənin reabilitasiya prosesi davam edir. Kliniki göstəriciləri yaxşıdır. Eyni zamanda, əhval-ruhiyyəsi də yüksəkdir".

Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. B.Bağırzadə iyulun 2-də komadan ayılıb.

Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45415 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 263 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 271 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 243 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 301 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO