idman

Neymarın agentinə azadlıqdan məhrumetmə cəzası kəsildi

  • 01 Jun 2017
  • 239 baxış

Neymarın agenti Vaqner Ribeyro vergidən yayınma və dələduzluqda ittiham olunur.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, San-Paulo məhkəməsi ona 5 il 4 ay azadlıqdan məhrumetmə cəzası kəsib. Ribeyro 2002-05-ci il periodunda qanunu pozmaqda təqsirli bilinir. O, həmin müddətdə qazacını 180 min dollar göstərsə də, bu rəqəmin faktiki olaraq 1.32 milyon dollar olduğu üzə çıxarılıb. Agent məhkəmə qərarından apelyasiya müraciəti təqdim etməyə hazırlaşır. Hazırda pasportunu müvafiq orqana təhvil edən Vaqner Ribeyronun ölkəni tərk etməsinə qadağa qoyulub. O, Neymardan başqa "İnter"in hücumçusu Qabriel Barbosanın da agentidir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR