Hadisə

Bakıda yataqxana qarət olundu - 15 min manat apardılar

Masya
Masya
  • 09 Jul 2020
  • 44 baxış

Bakıda yataqxana qarət eilib.

XalqTV.com Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu, A. Şərifzadə küçəsində yerləşən universitet yataqxanalarının birində baş verib. Həmin yataqxanada yaşayan qadının mənzilindən pəncərə sındırmaq yolu ilə 15 min manat pul, 300 manat dəyərində velosiped və məişət əşyalarının oğurlanıb.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Naib Abdullayev, 1993-cü il təvəllüdlü Mehman Əlixananov, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü İmran Əlixananov müəyyən olaraq tutulublar.

Faktla bağlı cinayət işi başlanıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR