Xəbərlər

Hindistanda koronavirusdan ölənlərin sayı 20 mini keçdi

  • 07 Jul 2020
  • 1955 baxış

Koronavirusa yoluxanların sayı gün keçdikcə artmaqdadır.

XalqTV.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən bugünkü statistikaya görə dünya üzrə koronavirusa yoluxanların sayı 11 milyon 747 mindən artıqdır.

Hindistan koronavirusa yoluxma sayına görə 3-cü yerdədir. Bu ölkədə koronavirus səbəbindən ölənlərin sayı 20178 nəfərdir.

Ən çox yoluxma halı Maxaraştra ştatında baş verir. Bu ştatda 9 mindən çox insan koronavirus səbəbindən ölüb. Delhidə isə 1 milyondan çox insan koronavirusa yoluxub, 3 min insan bu səbəbdən dünyasını dəyişib.

Qeyd edək ki, Hindistanın 1 milyard 380 milyondan çox əhalisi var.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR