Hadisə

Azərbaycanda polkovnik və mayor koronavirsudan vəfat etdi

  • 06 Jul 2020
  • 1809 baxış

Azərbaycanda polkovnik və mayor koronavirsudan vəfat etdi


Azərbaycanda 2 polis əməkdaşı koronavirsudan ölüb.

XalqTV.com-un “Report”a istinadən məlumatına görə, Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də dünyasını dəyişib.

Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olub.

Məlumata görə, polis polkovnik-leytenantın ölümündən bir gün əvvəl anası da vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR