Xəbərlər

Azərbaycanda karantin dövründə toy təşkil etdilər

  • 26 Jun 2020
  • 275 baxış

Azərbaycanda karantin dövründə toy təşkil etdilər 

Azərbaycanda karantin dövründə toy təşkil etdilər - VİDEO

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi tədbirlər davam etdirilir.


XALQTV.COM  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

Belə ki, Zərdab rayonunun Alıcanlı kəndində 25 nəfərə yaxın şəxs toplaşaraq, toy məclisi təşkil edib, bununla da, xüsusi karantin qaydalarını kobud şəkildə pozublar. Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 14 nəfər saxlanılıb.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə protokollar tərtib edilərək, məhkəmənin qərarı ilə onların hər biri 100 manat məbləğində cərimə edilib.


https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR