Xəbərlər

SMS icazə sistemindən istifadə edəcək vətəndaşların nəzərinə

Masya
Masya
  • 20 Jun 2020
  • 59 baxış

SMS icazə sistemindən istifadə edəcək vətəndaşların nəzərinə

SMS icazə sistemindən istifadə edəcək vətəndaşların nəzərinə

SMS sistemi infeksiyanın yayılmasının qarşısını almaq üçün tətbiq edilən sistemdir.

XALQTV.COM xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

“Vətəndaşlar müəyyən zəruri ehtiyaclarını ödəmək üçün 8103 qısa nömrəsinə müvafiq kodları yazıb icazə almaqla yaşadıqları yeri tərk edə bilərlər. Vətəndaşlar yalnız ərzaq, aptek, hansısa dövlət xidmətini almaq zərurəti yarandıqda, yaxud açıq havada gəzmək ehtiyacı yarandıqda yaşayış yerini tərk edə biləcəklər.

Bu təbii haqqı ödəmək üçün bu sistemdən istifadə etmək lazımdır. Təxirəsalınmaz tibbi yardım almaq lazım olduqda 1 kodunu 8103-ə yazıb həkimə gedə bilərlər.

Həkimə getmək üçün vətəndaşa 2 saat müddətinə veriləcək. Əgər tibb müəssisəsində müalicə prosesi uzanarsa, bu zaman həkimdən verilən arayışla evə qayıda bilər.

Polis onları yoxladıqda təqdim edə bilərlər. Gəzmək və digər ərzaq almaq üçün 2 kodunu 8103-ə göndərilir. Onlara da 2 saat verilir”, - deyə Ülvi Mehdiyev bildirib.

Qurum rəsmisinin sözlərinə görə, həmin vaxt gün ərzində 1 milyon SMS gəlib, orta hesabla 20 saniyə ərzində SMS-ə cavab verilib: “Maksimum 1 dəqiqə ərzində SMS-ə bağlı icazə müraciətinə cavab verilirdi".

O qeyd edib ki, SMS icazə xidmətindən sui-istifadəyə görə qanunvericiliyə uyğun tədbirlər görüləcək:

"Əminəm ki, vətəndaşlarımız bu dəfə də yalnız zəruri hallarda və təyinatı üzrə SMS icazə sistemindən istifadə edəcəklər".


https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR