Xəbərlər

Bazar günündən iyulun 5-dək qoyulan qadağaların SİYAHIsı

Masya
Masya
  • 19 Jun 2020
  • 19 baxış

Bazar günündən iyulun 5-dək qoyulan qadağaların SİYAHIsı

Bazar günündən iyulun 5-dək qoyulan qadağaların SİYAHIsı

Ciddi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin siyahısı məlum olub.

XALQTV.COM xəbər verir ki, bu barədə Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva məlumat verib.

Məhdudiyyətlər aşağıdakılardır:

SMS xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxma tətbiq ediləcək,

dövlət və özəl təşkilatlarda işləyənlərlə bağlı məhdudiyyətlər tətbiq olunacaq, yəni işçilər qruplara bölünərək müxtəlif vaxtlarda işə başlayacaq (işçi heyətin 3 qrupa bölünməsi),

ticarət mərkəzlərinin fəaliyyəti dayandırılacaq,

ictimai-iaşə obyektlərinin yerində xidmət dayandırılacaq,

bərbərxana-gözəllik salonlarında kosmetik xidmətlər, o cümlədən bu sahədə müştərilərin evində və ya digər məkanlarda xidmətlər dayandırılacaq,

muzey və sərgi zallarının fəaliyyəti dayandırılacaq,

malların satışı və xidmətlərin göstərilməsi ilə bağlı istisnalar nəzərə alınmaqla məhdudiyyətlərin tətbiqi, eləcə də açıq havada idman oyunları olmayacaq.

Bulvar və parklar açıq olacaq.

Ciddi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək.

Xatırladaq ki, iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR