Siyasət
İran 20 belə təyyarə alır
İranın aviadaşıyıcısı "Homa" gələn həftə ilk ATR sərnişin təyyarəsini əldə edəcək.
XalqTV.com Trend-ə istinadən bildirir ki, bunu şirkətin baş direktoru Fərhad Pərvareş deyib.
Bu, İranın 2017-ci ildə əldə edəcəyi 4 ATR təyyarəsindən birincisi olacaq. Şirkət rəsmisi bildirib ki, bu təyyarələr daxili reyslər üçün istifadə olunacaq.
Ümumilikdə İran Fransa-İtaliya istehsalı olan 20 ATR təyyarəsinin satın alınması ilə bağlı müqavilə imzalayıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
ŞƏRH YAZ
RƏYLƏR