"Barselona"nın yeni məşqçisi təqdim olundu
Ernesto Valverde rəsmən "Barselona"da vəzifəsinin icrasına başlayıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, bu gün 53 yaşlı mütəxəsis 2 illik müqaviləyə imza atıb. İmza mərasimində klubun prezidenti xosep Bartomeu və vitse-prezidenti Jordi Mestre iştirak edib.
"Klub prezidenti, rəhbərlik və idman direktoruna təşəkkürümü bildirirəm. Məni ciddi sınaq gözləyir. Ümid edirəm, işim hər kəsi qane edəcək. "Barselona"ya əminliyi qaytarmaq və bu klubu zirvələrə daşımaq istəyirəm. Üzərimdə böyük məsuliyyət hiss edirəm" - Valverde qeyd edib.
O, 1988-90-cı illərdə futbolçu kimi katalon klubunun şərəfini qoruyub. Məqşçilik karyerası ərzində isə "Espanyol", "Olympiacos", "Villarreal" və "Valencia"nı çalışdırıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində