Xəbərlər

Bakının girişində hər 3 istiqamətdə uzun tıxaclar yarandı - RƏSMİ - FOTO

  • 16 Jun 2020
  • 340 baxış

Bakının girişində hər 3 istiqamətdə uzun tıxaclar yarandı - RƏSMİ - FOTO


Bu gün səhər saatlarından Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun girişində qurulmuş karantin polis postlarında uzun tıxaclar yaranıb.

Bakı-Ələt, Bakı-Quba və Bakı-Şamaxı magistrallarında tıxaclar kilometrlərlə uzanıb. Sərt karantin rejimi ərəfəsində bölgələrə gedənlərin bu gün Bakıya qayıtması giriş postlarında hərəkəti iflic edib.

XalqTv.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, vətəndaşlara evdən çıxmamaq tövsiyə olunsa da, onlar buna məhəl qoymayaraq müxtəlif yollarla rayonlara gediblər: "Biz sərtləşdirilmiş karantin rejimi elan olunmazdan əvvəl şəhər qeydiyyatında olan, yaxud şəhərdə işləyib rayon qeydiyyatında olanlara xəbərdarlıq etmişdik ki, həmin günlərdə rayonlara gedənlər Bakı, Sumqayıt və Abşerona geri buraxılmayacaqlar. Sərtləşdirilmiş karantin rejimindən 1 gün əvvəl nə qədər insan geri qaytarıldı.

Bəziləri kəsə yollarla gizli getməyə cəhd etdilər, bəziləri Bakı, Sumqayıt və Abşeronda işləsələr də rayon qeydiyyatı olduğu üçün müəyyən bəhanələr gətirdilər ki, guya Bakıda işləyirmiş, işi bağlanıb və hazırda evinə qayıdır. Bu adlarla sərtləşdirilmiş karantin rejimi tətbiq edilən ərazilərdən çıxa biliblər.

Rayon qeydiyyatında olan şəxslər postu keçərkən onlara məlumat verilmişdi ki, geri qayıtmalarına icazə verilməyəcək. Əgər rayon qeydiyyatında olub sərtləşdirilmiş karantin elan edilən ərazilərdə yaşayırlarsa, onlar həmin sərt karantin dövründə də yaşadıqları yerlərdə qalmalıdırlar.

Həmin şəxslərin və eləcə də [email protected] portalında hərəkətinə icazə verilən 260 min nəfərin rayonlara gedib qayıtması bu cür problem yaradır. Bundan əlavə həkim göndərişi ilə Bakı, Sumqayıt və Abşerona xəstəxanalara gələnlərin də sayı az deyil. Onlar da gözləyirdilər ki, sərtləşdirilmiş karantin rejimi bitəndən sonra müalicəyə gəlsinlər. Ona görə də karantin postlarında belə tıxaclar yaranıb".

K.Əliyev bildirib ki, hazırda ən çox tıxac Bakı-Ələt yolundadır: "Əsasən, cənub bölgəsindən gələnlərin sayı çox olduğundan Bakı-Ələt yolunun 65-ci kilometrliyində quraşdırılan karantin postunda uzun tıxac yaranıb. Bundan başqa, nisbətən az tıxac Bakı-Quba yolundadır. Bakı-Şamaxı yolunda təxminən 1,5 kilometrdə nəqliyyat sıxlığı yaranıb"


https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR