SAĞLAMLIQ

Həyat yoldaşı: “Bəhram Bağırzadənin vəziyyəti stabil ağırdır"

  • 16 Jun 2020
  • 322 baxış

Həyat yoldaşı: “Bəhram Bağırzadənin vəziyyəti stabil ağırdır"



Bəhram Bağırzadənin vəziyyəti stabil ağırdır, hələ ki, aparatlara qoşuludur.

XalqTv.com xəbər verir ki, bunu APA-ya açıqlamasında, Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.

"Təəssüf ki, yeni bir şey deyə bilməyəcəm. İnşallah, aparatlardan ayrılar, onda xoş xəbərini eşidərsiz", - o bildirib. 

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, ağciyər toxumasının 90%-dən çoxunun zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb. 

Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

Məlumat üçün bildirək ki, EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.

Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.

https://xalqtv.com/


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45767 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 637 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 639 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 608 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 714 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO