Hadisə

Azərbaycanda kürəkən qayınatasını və qaynını bıçaqladı

  • 13 Jun 2020
  • 266 baxış

Azərbaycanda kürəkən qayınatasını və qaynını bıçaqladı

Azərbaycanda kürəkən qayınatasını və qaynını bıçaqladı



Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

XalqTv.com  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ərəbqədim kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Niyazov Zaur Nuhbala oğlu ailə münaqişəsi zəminində qayınatası, 1955-ci il təvəllüdlü Qəhrəmanov Əhliman Şəkər oğlunu və qayını, 1990-cı il təvəllüdlü Qəhrəmanov Nurlan Əhliman oğlunu bıçaqlayıb.

Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən iki uşaq atası Zaur Niyazov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR