Siyasət

"Ermənistan koronavirus yuvasına bənzəyir"

  • 13 Jun 2020
  • 342 baxış

"Ermənistan koronavirus yuvasına bənzəyir"



1


"Ermənistan koronavirus yuvasına bənzəyir"

XalqTv.com  bildirir ki, bu sözləri politoloq İlyas Hüseynov Rusiya mətbuatında yayımlanan, Ermənistandakı koronavirusla bağlı vəziyyətin acınacaqlı olmasından bəhs edən məqalələri şərh edərkən deyib.


"Koronavirusla bağlı vəziyyət Ermənistanın xaricində, xüsusən də Rusiya kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılır. Səhiyyə sisteminin müqavimət göstərməməsi, kadr potensialının və iqtisadi resursların azlığı səbəbindən Ermənistanın gücsüz olması ilə bağlı müxtəlif materiallar yayılır. Təbii ki, Rusiya real vəziyyəti işıqlandırır. Ermənistanda koronavirusla bağlı vəziyyət heç də ürəkaçan deyil və koronavirus yuvasına bənzəyir. Cənubi Qafqazda bu virusun ən geniş yayıldığı areal Ermənistandır və getdikcə təhlükə mənbəyinə çevrilir"

O, bildirib ki, Ermənistan hakimiyyət mövcud vəziyyətlə bağlı çıxış yolları axtarır, bununla bağlı kreditiorlara müraciət olunur: "Ermənistanın baş naziri Nikol Paşinyan Beynəlxalq Valyuta Fonduna, eyni zamanda da Avropa Yenidənqurma və İnkişaf bankına yardımlarla bağlı müraciət edib. O, vəziyyətin daha da inandırıcı olması üçün özünün də koronavirusa yoluxması və izolyasiyaya getməsi ilə bağlı da şou göstərib".

Politoloq bildirib ki, Ermənistandakı bu uğursuzluqların səbəbi səriştəsiz idarəetmə, vahid komandanın olmaması, inqilab eyforiyasının artıq bitməsi, vətəndaşlara verilən vədlərin yerinə yetirilməməsidir.

Qeyd edək ki, Rusiyanın "lenta.ru" saytında jurnalist Elen Babayanın "Cəhənnəmə addımlayırıq" sərlövhəli məqaləsi dərc edilib. Materialda COVID-19 koronavirus pandemiyası ilə əlaqədar Ermənistanda yaranmış cari vəziyyətdən bəhs edilir. Məqalədə bildirilir ki, Ermənistan koronavirusla savaşı uduzub. Orada insanlar çipləşdirməyə inanır və kütləvi şəkildə yoluxurlar.


https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR