SAĞLAMLIQ

Sentyabr-oktyabr aylarında vəziyyət daha gərgin ola bilər - İnfeksionist

  • 12 Jun 2020
  • 303 baxış

Sentyabr-oktyabr aylarında vəziyyət daha gərgin ola bilər - İnfeksionist



"Əgər yay ayları ərzində COVİD-19-un yayılmasının qarşısının alınması üçün tələb olunan qaydalara əməl edilməsə, sentyabr-oktyabr aylarında mövsümi xəstəliklərin də ortaya çıxması ilə əlaqədar vəziyyət daha gərgin ola bilər".

XalqTv.com xəbər verir ki, bunu Trend-ə infeksionist həkim Azər Allahverdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusla mübarizə işi 1-2 ay əvvəllə müqayisədə çətinləşir, çünki ölkədə virusa yoluxan xəstələrin sayı getdikcə artır.

Koronavirusun olmaması barədə yayılan şayiələri əsassız hesab edən infeksionist qeyd edib ki, bəzi insanlar həftənin sonunda sərt karantin qaydalarının tətbiq edilməsini qeyri-ciddi qarşılayır:

"İnsanlar bunu zarafata salmalı deyillər, ciddi yanaşmalıdırlar. Başa düşməlidirlər ki, hər bir kəs COVİD-19 daşıyıcısı ola bilər. Türkiyədə küçədə gəzən biri qarşıdan kiminsə gəldiyini gördükdə yolunu dəyişir, çünki onlar artıq hər kəsə COVİD-19 daşıyıcısı kimi baxırlar. Əgər Azərbaycanda da belə edilməsə, vəziyyət yaxşılığa doğru dəyişməyəcək. Virusun yayılmasının qarşısını almaq üçün bu gün həkimlərimizin var-gücü ilə çalışması ilə yanaşı, insanlar da öz düşüncələrini dəyişməli və məsələni ciddi qəbul etməlidirlər".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45770 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 641 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 610 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 717 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO