Xəbərlər

Bakıda uşaq həkimi koronavirusdan öldü

Masya
Masya
  • 12 Jun 2020
  • 27 baxış

Bakıda uşaq həkimi koronavirusdan öldü



Bakıda uşaq həkimi koronavirusdan öldü



Azərbaycanda daha bir həkim koronavirusun qurbanı olub.

XalqTv.com “BakuPost”a istinadən xəbər verir ki, N.Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının pediatrı Sədaqət Həsənova vəfat edib.

Məlumata görə, həkim Ramazan bayramından sonra işə gəlməyib. O, 1 Saylı Klinik Tibbi Mərkəzə yerləşdirilmişdi.

Həmkarlarının bütün müdaxilələrinə baxmayaraq, bir gün süni nəfəs aparatında qalan 65 yaşlı tibb işçisinin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, o, virusun qurbanı olan ilk tibb işçisi deyil. Ötən gün travmatoloq Mehman Hüseynov da adıçəkilən xəstəlikdən vəfat edib.


https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR