Hadisə

Balakəndə ağır qəza - 2 ölü, 2 yaralı + Fotolar

  • 12 Jun 2020
  • 275 baxış

Balakəndə ağır qəza - 2 ölü, 2 yaralı + Fotolar


Balakəndə ağır qəza


Balakəndə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

"XalqTv.com"un məlumatına görə, hadisə axşam saatlarında Balakən-Kortala avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki nəfər - Balakən sakinləri hadisə yerindəcə dünyasını dəyişiblər. Daha iki nəfər – Balakən sakinləri, 1993-cü il təvəllüdlü Vaqif Əjdər oğlu Musayev və 1996-cı il təvəllüdlü Elmar Eldar oğlu Şahverdiyev aldıqları müxtəlif xəsarətlərlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Ölən şəxslərin kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.




RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR