idman
"Mançester Siti"də braziliyalı qapıçı
"Benfika"nın qapıçısı Ederson karyerasını "Mançester Siti"də davam etdirəcək.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, braziliyalı qolkiperin transferi klubuna 40 milyon avro qazandırıb. Lissabon klubu bunun yalnız 20 milyonuna sahib çıxacaq.
Qalan məbləğ "Rio Ave" klubu və "Gestifute" agentliyinə veriləcək. 23 yaşlı qapıçının 5 illik müqaviləyə imza atdığı bildirilir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR