Hadisə

Qaxda iki il öncə intihara cəhd edən şəxs özünü asdı

  • 11 Jun 2020
  • 292 baxış

Qaxda iki il öncə intihara cəhd edən şəxs özünü asdı





Qax rayon sakini özünü asıb.

XalqTv.com xəbər verirki,  "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Almalı kəndində baş verib.

Kənd sakini Nofəl Məzahir oğlu Yusifov özünü yaşadığı evin həyətyanı sahəsində ağacdan asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Yaxınları N.Yusifovun iki il öncə də sirkə turşusu içərək intihara cəhd etdiyini bildiriblər. 

Faktla bağlı Qax rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, N.Yusifov ailəlidir və bir övladı var. 

https://xalqtv.com/


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR