Şou Bİznes

“Oğlum deyir ki, səninlə küçəyə çıxmaq istəmirəm” “Oğlum deyir ki, səninlə küçəyə çıxmaq istəmirəm”

Masya
Masya
  • 11 Jun 2020
  • 46 baxış

“Oğlum deyir ki, səninlə küçəyə çıxmaq istəmirəm”



“Oğlum deyir ki, səninlə küçəyə çıxmaq istəmirəm”


“Oğlum mənimlə küçəyə çıxmaq istəmir. Deyir ki, elə biləcəklər ki, sənin atanam. Baxmayaraq ki, Əzizin 24 yaşı var, artıq yaşlanmış bir gənc kimi görünür”.

“XalqTv.com” xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “5-də 5” proqramına qonaq olarkən deyib.

Sənətçi efirdə oğlanları Loğman və Əziz barədə danışıb. Nadir aparıcı Zaur Kamalın “hansı oğlun üzünə ağ olur?” sualına “ağ olmur, amma şıltaqlığı var” deyərək sualı belə şərh edib: “Böyük oğlum Loğman deyir ki, ata, sən mənim üçün nə etmisən? Bu cümlədən heç xoşum gəlmir. Sual verəndə ki, bəs bunları sənin üçün kim edib, “eləməlisən də...” cavabını verir. Əslində, etməli deyilik, çünki heç kimin heç kimə borcu yoxdur. Deyəndə ki, mənim üçün heç kim heç nə etməyib, deyir sən gör, kimin oğlu olmusan, mən gör, kimin oğluyam. Bu zaman susuram.

Allah o gündən saxlasın ki, övladlarımız üzümüzə qayıtsın. Əgər uşaq valideynin üzünə qayıdırsa, çörək tapmayacaq. Valideynləri biz seçmirik. Ata-ananın üzünə ağ olmaq olmaz. Həyat bumeranqdır - ananın, atanın üzünə ağ olsan, mütləq sənə geri dönəcək”.


https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR