Xəbərlər

Qobu və Hökməli qəsəbələrinə qaz çəkilir

Masya
Masya
  • 11 Jun 2020
  • 34 baxış

Qobu və Hökməli qəsəbələrinə qaz çəkilir



Qobu və Hökməli qəsəbələrinə qaz çəkilir


2020-ci il üzrə ölkədə qazlaşma işlərinə dair dövlət proqramının icrası çərçivəsində Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrində qaz çəkilişlərinə start verilib.

XalqTv.com xəbər verirki, “Azəriqaz” İstehsal Birliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Qobu qəsəbəsində yeni yaşayış massivində 1441 fərdi yaşayış evi qazlaşdırılacaq. Layihə üzrə ümumi uzunluğu 90 kilometrə yaxın küçə xətlərinin çəkilişi planlaşdırılır. Evdaxili xətlərin uzunluğu isə təqribən 32 kilometrə yaxın olacaq.


Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində yerləşən yeni yaşayış massivində isə 220 fərdi yaşayış evinin qazlaşdırılması planlaşdırılır. Burada çəkiləcək müxtəlif diametrli daşıyıcı, küçə və evdaxili xətlərin ümumi uzunluğu 27 kilometrə yaxındır.

Hazırda qazlaşma işlərinin vaxtında tamamlanması üçün hər iki qəsəbədə işçi qüvvəsi var gücü ilə çalışmaqdadır.


https://xalqtv.com/



RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR