Xəbərlər

Şəmkirdə bir ailədən 3 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Masya
Masya
  • 11 Jun 2020
  • 27 baxış

Şəmkirdə bir ailədən 3 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır




Şəmkirdə 3 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan Qüdrət Gülməmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

XalqTv.com APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nural Əliyevin icratına verilib.

Qeyd edək ki, Şəmkir rayonun Qaracəmilli kəndi ərazisində "Mercedes-Sprinter" markalı sərnişin mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

Belə ki, hərkətdə olan mikroavtobus idarəetmədən çıxaraq "VAZ-2107" markalı avtomobillə toqquşub. Zərbənin gücündən mikroabtobus aşaraq deformasiyaya uğrayıb.

"VAZ-2107" markalı avtomobilin sürücüsü, Şəmkir rayon Qaracəmilli kənd sakini, 1966-cı il təvəllüdlü Vidadi Zirəddin oğlu Gülməmmədov, onun anası, 1945-ci il təvəllüdlü Sücayət Seydəli qızı Gülməmmədova və qadının nəvəsi, 2016-cı il təvəllüdlü Ayxan Qüdrət oğlu Gülməmmədov hadisə yerində ölüblər.

1957-ci il təvəllüdlü Gülsənəm islam qızı Qənbərova, 2015-ci il təvəllüdlü Gülbahar Qüdrət qızı Gülməmmədova, 1982-ci il təvəllüdlü Səadət Kamandar qızı Nəsibova, 1964-cü il təvəllüdlü Zinyət Qüdrət Qızı Gülməmmədova, 1989-cu il təvəllüdlü Qüdrət Vidadi oğlu Gülməmmədov, Nərgiz Həmzəyeva, 1966-cı il təvəllüdlü Dürdanə Süleymanova,  1966-cı il təvəllüdlü Rühiyə Raqif qızı Yahyayeva, 1967-ci il təvəllüdlü İradə Abdulla qızı Məmmədova,  1968-ci il təvəllüdlü Rübabə Mamayeva, Gülsənəm İslam qızı Qənbərova xəsarət alıbar.

https://xalqtv.com/


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR