Hava

Sabah rayonlara yağış və dolu gözlənilir

  • 10 Jun 2020
  • 344 baxış

Sabah rayonlara yağış və dolu gözlənilir


Sabah rayonlara yağış və dolu gözlənilir


11 iyunda gözlənilən hava şəraiti açıqlanıb.

XalqTv.com xəbər verirki,   Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 30-35, Bakıda gecə 19-21, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan  aşağı 756  mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz  30-40 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər  bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu  gecə 18-23, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz  20-25 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında  sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR