Siyasət

Ekspert: "Vaşinqtonla Bakı arasındakı strateji əməkdaşlığın inkişafı çox vacibdir"

  • 01 Jun 2017
  • 229 baxış

İŞİD və digər terror qruplaşmalarının fəaliyyəti nəticəsində ABŞ-ın milli təhlükəsizliyinin və prioritetlərinin daim təhlükədə olduğu bir vaxtda Vaşinqtonla Bakı arasındakı strateji əməkdaşlıq fundamental vacib aspektdir.

XalqTV.com xəbər verir ki, bunu Trend-ə ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.

Onun sözlərinə görə, Donald Tramp tərəfindən təqdim edilən xarici xərclər büdcəsi əhəmiyyətli dərəcədə ixtisar olunsa da, ABŞ-ın Xəzər regionunda, xüsusuilə də Azərbaycan kimi yaxın tərəfdaşlarla münasibətləri yaxın illərdə möhkəmlənməyə davam edəcək.

Ekspert qeyd edib ki, Vaşinqtonla Bakının səmərəli əməkdaşlığı bütün regionun həyatında müsbət əks olunacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR