Göyçay sakini və qardaşı oğlundan silah götürüldü
Göyçay sakini və qardaşı oğlundan silah götürüldü
Sumqayıt və Göyçay sakinlərindən odlu silah götürülüb.
XalqTv.com xəbər verirki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İ.İsmayılovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, altı ədəd patron və bir ədəd patron darağı aşkar edilərək götürülüb.
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Alıkənd kənd sakinləri E.Qasımov və qardaşı oğlundan iki ədəd “TOZ-16” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.