Hadisə
Evdən 10 min manatlıq oğurluq edilib
Evdən 10 min manatlıq oğurluq edilib
İmişli rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarışları tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən üç nəfər saxlanılıb.
XalqTv.com"report"a istinadən xəbər verir ki, onlardan biri - Elbrus Allahyar oğlu Muradov rayon sakini Qismət Abbasova məxsus evdən 5 000 manatlıq qızıl-zinət əşyaları, 4 000 manat və 650 ABŞ dolları aparıb.
Bundan başqa, Umud Umudlu və Qəzənfər İsaqlı iki baş iribuynuzlu heyvan oğurlayarkən saxlanılıblar.
Hər üç faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
RƏYLƏR