Hadisə

Azərbaycanlıların olduğu yük maşını İstanbulda mikroavtobusla toqquşdu: 3 yaralı var - YENİLƏNİB

  • 09 Jun 2020
  • 325 baxış

Azərbaycanlıların olduğu yük maşını İstanbulda mikroavtobusla toqquşdu: 3 yaralı var - YENİLƏNİB - FOTO


Türkiyədə azərbaycanlıların olduğu avtomobil qəzaya düşüb.

XalqTv.com oxu.az-a istinadən xəbər verir ki, hadisə İstanbulun Maltəpə rayonunda, yerli vaxtla 06:00-da baş verib.

Sürücü M.Ç. və Azərbaycan vətəndaşları - H.M., S.M., A.T.-nin olduğu yük maşını eyni istiqamətdə hərəkətdə olan mikroavtobusla toqquşub.

Nəticədə yük maşınında olan iki azərbaycanlı və mikroavtobusun sürücüsü xəsarət alıb. Yaralılar Fatih Sultan Mehmet Xəstəxanasına aparılıblar.

Qəza nəticəsində yolda hərəkət bir saatlıq dayandırılıb.

İstanbulun Maltəpə rayonunda baş verən yol qəzası zamanı iki Azərbaycan vətəndaşı xəsarət alıb.

XalqTv.com Trend-ə istinadən bildirir ki, adları çəkilməyən azərbaycanlılar xəstəxanaya yerləşdiriliblər.

Qəzanın səbəbi yük avtomobilinin Azərbaycan vətəndaşları olan sürücüsünün idarəetməni itirməsi olub.

Bildirilir ki, xəsarət alanların vəziyyəti normaldır. Hadisənin təfərrüatları barədə xəbər verilmir.




https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR