Mədənİyyət

"Dəniz Mall"un ərazisində pulsuz işləyəcək qurğular yerləşdirilib - FOTO

Masya
Masya
  • 08 Jun 2020
  • 52 baxış

"Dəniz Mall"un ərazisində pulsuz işləyəcək qurğular yerləşdirilib - FOTO



Bakı bulvarında daha uzaq məsafəni seyr etmək üçün 4 yeni müşahidə qurğusu quraşdırılıb. Qurğular yeni açılan "Dəniz Mall" Ticvarət Mərkəzinin ərazisində yerləşdirilib.

XalqTv.com xəbər verir ki, ticarət mərkəzindən Trend-ə verilən məlumata görə, müşahidə binoklları təqribən iki ay pulsuz işləyəcək:

"Dünya praktikasına baxsaq, görərik ki, bu qurğulardan istifadə bütün ölkələrdə pulludur. Ancaq ticarət mərkəzinin yeni açıldığını nəzərə alaraq biz onları bir müddət pulsuz etmişik. Hazırda binokllardan istifadə qiyməti müzakirə olunur. Dəqiq qiymət bu yaxınlarda müəyyənləşəcək".

Xatırladaq ki, "Dəniz Mall" iyunun birindən fəaliyyətə başlayıb. Sidney Opera Evinin memarlıq üslubunda inşa edilən "Mall" Azərbaycanda ən böyük ticarət mərkəzidir. Sahəsi 120 min kvadratmetr olan obyektdə əyləncə məkanları, mağazalar, restoran və kinoteatr yerləşir. Özündə bir çox dünya brendlərini birləşdirən "Mall" 5 mərtəbədən ibarətdir.




https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR