Dünya

Rusiya Azərbaycanla hava əlaqəsini bu tarixdə bərpa edəcək

Masya
Masya
  • 08 Jun 2020
  • 68 baxış

Rusiya Azərbaycanla hava əlaqəsini bu tarixdə bərpa edəcək


Rusiya iyulun 15-də ilk olaraq 8 MDB ölkəsi, o cümlədən Azərbaycanla koronavirus pandemiyası ilə əlaqədar dayandırılan beynəlxalq hava əlaqəsini bərpa edəcək.

XalqTv.com  Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Turizm Operatorları Assosiasiyası bildirib.

Məlumata görə, bundan sonra avqustun 1-dən etibarən Avropa, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın 7 ölkəsinə uçuşlar bərpa ediləcək. Həmçinin payızdan Gürcüstan və Misirə reyslərin bərpası ehtimalı da müzakirə olunur.

Aviaşirkətlər iyunun ortalarından başlayaraq biletlərin satışını təşkil edə biləcək.

Qeyd edək ki, Rusiya martın 27-dən koronavirus pandemiyası səbəbi ilə digər ölkələrlə müntəzəm və çarter reyslərini dayandırıb. Rusiyalıların xaricdən qayıtması üçün təşkil edilən uçuşlar və hökumət adından edilən müəyyən uçuşlar istisna təşkil edir.


https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR