Xəbərlər

Qapanma günlərində təcili yardımın gecikməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

  • 08 Jun 2020
  • 319 baxış

1
60
746

Qapanma günlərində təcili yardımın gecikməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” ölkədə elan edilən sərt karantin rejimi müddətində təcili və təxirəsalınmaz tibbi yardımın çağırışlara gecikməsinə münasibət bildirib.

XalqTv.com xəbər verirki, TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, iki gün ərzində çağırışlar çox olub:

Həftəsonu qapanma ilə bağlı vətəndaşlara bildirilmişdi ki, apteklər və digər ictimai iaşə müəssisələri bağlı olacaq. Müəyyən dərmanlar alınıb, saxlanmalı idi. Qapanma müddəti ərzində gördük ki, çağırışların sayı həddən artıq artıb. Sutka ərzində təkcə Bakıda 2500-ə yaxın çağırış icra olub. Bu, ləngimələrə səbəb olub. Vətəndaşlar adi ağrıkəsicilər vurdurmaq üçün təcili yardım çağırıblar”.

R.Əliyevanın sözlərinə görə, növbəti qapanma olarsa, insanlara yenidən müraciət ediləcək ki, əvvəlcədən lazım olan dərmanları alsınlar:

“Bununla da təcili tibbi yardıma olan zənglər və gecikməsi üçün süni tıxac yaratmasınlar. Belə çağırışların artması ilə koronavirus şübhəsi olan və digər xəstələr kənarda qalır. Adi ağrıkəsici vurmaq üçün gedirlərsə, daha ciddi xəstələr var, belə vəziyyətdə onlar üçün gecikmələr olur.

İki gün müddətdə təcili yardım maşını ilə dializ xəstələrinin daşınması oldu və bunlar da gecikmələrə gətirib çıxardı. Ümid edirik ki, növbəti mərhələdə vətəndaşlar adi məsələlər üçün təcili yardım çağırmaqla məşğul olmayacaqlar”.

https://xalqtv.com/


 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR