Şou Bİznes

“Namiq Qaraçuxurlu mənə zəng edə bilməz”

Masya
Masya
  • 08 Jun 2020
  • 53 baxış

“Namiq Qaraçuxurlu mənə zəng edə bilməz”

“Namiq Qaraçuxurlu mənə zəng edə bilməz”


“Müğənni olmasaydım idman peşəmi davam edəcəkdim. Bilirsiz ki, həndboll oynamışam, qapıçı olmuşam. Ya da ki, rəqqasə olacaqdım”. 

“XalqTv.com” xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “Fəlidən doğru xəbər” proqramına qonaq olarkən bildirib . 

Sənətçi, əvvəllər ona söz atanlara cavab verdiyini, indi isə susmaq qərarına gəldiyini açıqlayıb: “Əvvəllər onlar məni əsəbiləşdirirdilər, cavab verirdim. Cavab verəndə isə aləm bir-birinə dəyirdi. İndi isə cavab vermirəm. Cavab verməyəndə isə onların söylədikləri elə özlərində qalır. Onları susmağımla cəzalandırıram”.

Bundan əlavə, Kazımova meyxana ustadı Namiq Qaraçuxurlunu qara siyahıya atdığını bildirib: “Telefonuma nadir hallarda zəng edirlər. Çünki nadir hallarda telefonla danışıram. Namiq Qaraçuxurlu qara siyahımdadı, mənə zəng edə bilməz”. 


https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR