Xəbərlər

Şəkidəki ayı küçədə yuxuya getdi

  • 31 May 2020
  • 363 baxış



Ən son məlumata görə ayı yuxuya gedib.


XalqTv.com axşam.az-a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova sosial şəbəkədə məlumat paylaşıb.

O, Şəki sakinlərinə müraciət edib:

"Əhalidən xahiş edirik ki, vəhşi heyvanın şəhər küçələrində görünməsini anlayışla qarşılasınlar, təmkinli olsunlar. Vəhşi heyvanların yaşayış məntəqələrində, şəhərlərdə görünməsinə dünyanın hər yerində rast gəlinir".


Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.

XalqTv.com xəbər verir ki, Şəki regional ekologiya idarəsindən Trend-ə verilən məlumata görə, idarənin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir.

Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi, Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar

https://xalqtv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR