Dünya

Rusiya Silahlı Qüvvələrində koronavirusa yoluxanların sayı 1519-a çatıb

  • 30 May 2020
  • 368 baxış

Rusiya Silahlı Qüvvələrində koronavirusa yoluxanların sayı 1519 nəfərə yüksəlib. Onlardan 503-ü kursant, 369-u isə mülki işçilərdir. 

XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, son sutkada 87 hərbçi, 18 mülki işçi sağalıb. 

Yoluxanlardan 4 əsgərin vəziyyətinin ağır, 5-nin isə orta-ağır olduğu bildirilib. 

https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR