Xəbərlər

ÜST: Son sutkada dünyada 104 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb

Masya
Masya
  • 29 May 2020
  • 71 baxış

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 104 mindən çox artıb.

xalqtv.com - un "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Mayın 28-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 104 505 nəfər yeni koronavirusa yoluxub, 4 221 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 5 593 631, ölənlərin isə 353 334 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 2 556 479 yoluxma və 148 412 ölüm halı.

Bu göstəricilərə görə ikinci yerdə olan Avropada yoluxanların sayı 2 079 924, ölənlərin sayı isə 177 331 nəfərə çatıb.

Qərbi-Sakit okean regionunda ümumilikdə 461 824 yoluxma və 11 621 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR