idman

Bir klubun 8 futbolçusu koronavirusa yoluxdu

Masya
Masya
  • 21 May 2020
  • 19 baxış

Meksikanın "Santos Laquna" klubunun 8 futbolçusu koronavirusa yoluxub. 

Xalqtv.com sport24.az-a isinadən xəbər verir ki, bu barədə Meksika Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, "Santos Laquna"nın 8 futbolçusunun koronavirus testinin müsbət çıxdığı bildirilib. Futbolçuların adları isə açıqlanmayıb.

Meksika Futbol Liqasında mövsüm koronavirus pandemiyasına görə erkən yekunlaşdırılıb.

Xalqtv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR