Hadisə

Dövlət Komitəsi intihar etmək istəyən qızla bağlı araşdırmalara başladı

  • 21 May 2020
  • 302 baxış

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi körpünün üzərindən özünü ataraq intihar etmək istəyən qızla bağlı araşdırmalar aparmağa başlayıb.

Xalqtv.com xəbər verir ki, komitədən Trend-ə verilən məlumata görə, kütləvi informasiya vasitələrində körpünün üzərindən özünü ataraq intihar etmək istəyən qızla bağlı informasiya və videomaterial yayılıb:

"Məsələ ilə əlaqədar bildirmək istəyirik ki, hadisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb və səlahiyyət daxilində məsələnin araşdırılması istiqamətində iş aparılır".

Xalqtv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR