İqtİsadİyyat

Gürcüstan Azərbaycandan təbii qaz idxalını azaldıb

Masya
Masya
  • 19 May 2020
  • 56 baxış

2020-ci ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 136,8 milyon dollar məbləğində 802 768 ton təbii qaz və digər qazabənzər karbohidrogen idxal edib.

Xalqtv.com xəbər veirir ki, Trend bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına istinadən məlumat verir.

Statistikaya əsasən bu, ötən ilin eyni dövrü ilə müqayisədə 545 ton azdır.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 21,2 milyon dollar məbləğində elektrik enerjisi idxal edib.

Bu müddət ərzində Azərbaycandan Gürcüstana 13,5 milyon dollar məbləğində 41 870 ton neft və neft yağları ixrac edilib.

2020-ci ilin ilk dörd ayı ərzində Azərbaycanın Gürcüstanın ticarət dövriyyəsində üçüncü yeri tutub.

Xalqtv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR