Xəbərlər

Şadlıq saraylarında iyun ayı üçün boş yer qalmayıb - Toylar təxirə salınsa, necə olacaq?

  • 18 May 2020
  • 284 baxış

Sosial şəbəkələrdə toyların vaxtının uzadılması haqda məlumatlar yayılıb və sözügedən mövzu müzakirələrə səbəb olub. Bəs görəsən, maydan sonrakı aylarda restoranlarda keçiriləcək toy məclisləri üçün verilən behlər nəcə olacaq?

"Toy məclislərinə qoyulan qadağanın sentyabr ayınadək qüvvədə qalacağı ilə bağlı TƏBİB-in rəhbərliyi adından yayılan məlumat həqiqəti əks etdirmir".

XalqTv.com xəbər verir ki, bu fikri ATV-yə qurumun mətbuat katibi Rəvanə Əliyeva bildirdi.

Yeri gəlmişkən, qeyd edək ki, may ayının 18-dən etibarən xüsusi karantin rejimi ilə bağlı növbəti yumşaldılmalar nəzərdə tutulur. Yeni qaydalarda toy məclislərinin təşkilinə qoyulan qadağa, hələ ki, qüvvədə saxlanılıb.

Müşahidələr göstərir ki, qadağaların may ayının 31-də başa çatacağını düşünənlər iyun ayı üçün şadlıq saraylarına məclis təyin ediblər.

Bunu şadlıq saraylarının inzibatçlıları da təsdiqləyir.

Ruslan Hüseynov - inzibatçı: "Demək olar ki, bütün günlərimiz doludur. İyun ayında da bron olan günlərimiz var. Karatinlə bağlı müşdərilərimiz də narahatlıq hissi keçirirlər.

Dövlətimiz hər hansı qərar verərsə, yenidən uzadılarsa, yəqin ki, toylarımızı növbəti aylara keçirərik. Ev sahiblərini dəvət edəcəyik bura. Əgər istəyən olarsa, behlərini qaytararıq. Yəqin ki Məhərrəmliyə kimi uzanmış olsa, Məhərrəmlikdən sonrakı aylara, inşallah".

Müşviq Həşimov - restoran inzibatçısı: "İyul ayı üçün bütün sifarişlər götürülüb. 3-5 boş yerimiz var. Bütün hamısından behlər alınıb. Əgər açılmasa, müştəriləri çağıraraq danışarıq. Yəqin növbəti aya keçirəcəyik. Kimsə istəsə, behlərini qaytaracıq".

Restoran inzibatçıları bildirirlər ki, toylara icazə verilərsə, sosial izolyasiya qaydalarına əməl edərək masalar arasında məsafəni artırmaq mümkündür.

Qeyd edək ki, hazırda şadlıq saraylarının qiymətlərində heç bir dəyişklik yoxdur. (ölkə.az)


XalqTv.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR