Xəbərlər

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Masya
Masya
  • 16 May 2020
  • 25 baxış

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı


Çində koronavirusla bağlı son vəziyyət açıqlandı


Çində son sutka ərzində daha 8 nəfərdə koronavirus aşkarlanıb, 10 pasiyent sağalıb, ölən olmayıb. XalqTv.com “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, yoluxma hallarından 2-si ölkə daxilində (Tszilin əyalətində), 6-sı isə xaricdən gələn şəxslərdə aşkarlanıb (biri Haynanda, beşi Şanxayda).

Ölkənin tibb müəssisələrində 89 nəfərin müalicəsi davam etdirilir, onlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir. 

Çində ümumilikdə 82 941 yoluxma, 4 633 ölüm halı qeydə alınıb, 78 219 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb. 


https://xalqtv.com/

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR