Xəbərlər

İlk Avropa ölkəsi koronavirusa qalib gəldiyini ELAN ETDİ

Masya
Masya
  • 15 May 2020
  • 30 baxış

İlk Avropa ölkəsi koronavirusa qalib gəldiyini ELAN ETDİ

İlk Avropa ölkəsi koronavirusa qalib gəldiyini ELAN ETDİ

Sloveniya koronavirusa qalib gəldiyi və müəyyən karantin tədbirlərini ləğv etdiyi barədə elan edib. Bu, belə açıqlama edən ilk Avropa ölkəsidir.

xalqtv.com -un verdiyi xəbərə görə, bu barədə "Reuters" agentliyi ölkənin baş naziri Yanez Yanşanın sözlərinə istinadən yazıb.

Məlumata əsasən, hökumət bəzi ehtiyat tədbirlərini ləğv edəcək: məsələn, may ayından sonra vətəndaşlara və müəssisələrə maddi yardımın göstərilməsi dayandırılacaq. Sloveniyaya gələn digər Aİ ölkələrinin sakinləri artıq karantinə riayət etməli olmayacaqlar. Qalan ölkələrin vətəndaşlarına isə bu tələblər hələ də şamil olunacaq.

Lakin ölkə paytaxtında sosial məsafəni qorumaq və ictimai yerlərdə maska taxmaq tələb olunacaq. Kütləvi tədbirlər də qadağan olunacaq.

Hökümət vurğulayır ki, karantin tədbirləri azı 14 gün müddətində qüvvədə olacaq.

Qeyd edək ki, Sloveniyada epidemiya başlanandan 1465 nəfər koronavirusa yoluxub, 103 nəfər bu xəstəlikdən ölüb.

Natəvan Baxşiyeva

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR