Xəbərlər

Mağazada dəri məhsullar kif bağladı

  • 15 May 2020
  • 1567 baxış

Malayziyada koronavirus səbəbindən mart ayından etibarən bağlanan mağazalardan birinin sahibi aylar sonra dezinfeksiya etmək üçün obyekti açan zaman gözləmədiyi hadisə ilə üzləşib.

xalqtv.com  xarici mediaya istinadən xəbər verir ki, iki aydır bağlı olan mağazada bütün dəri məhsullar kif bağlayıb.

Dəri ayaqqabılar, çantalar, pulqabları və kəmərlər tamamilə istifadəyə yararsız hala düşüb. Buna səbəb isə qənaət məqsədilə mağazanın havalandırma sisteminin bağlanması olub. Bundan başqa, havalandırma sisteminin qoşulmaması teatr zallarının da kiflənməsinə gətirib çıxarıb.






RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR