Xəbərlər

Prezidentin tövsiyələrinə uyğun olaraq prokurorluqda islahatlara start verilib

  • 15 May 2020
  • 911 baxış

xalqtv.com -un məklumatına görə bir neçə rayonun prokuroru işdən çıxarılıb.

Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov tutduqları vəzifədən azad ediliblər.

K.Əliyevin digər əmri ilə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov da işdən çıxarılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov  faktı təsdiqləyib. O qeyd edib ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdıqlarına görə həmin şəxslərin Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə tutduqları vəzifədən azad edilməklə prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.

Qeyd edək ki, Baş prokuror Kamran Əliyevi videokonfrans formatında qəbul edən Prezident İlham Əliyev prokurorluq orqanlarına islahatların aparılmasına dair öz tövsiyələrini verib.//Strategiya.az

https://xalqtv.com/ 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR