Dünya

Yaponiyada fövqəladə vəziyyət rejimi qismən ləğv edilir

Masya
Masya
  • 14 May 2020
  • 21594 baxış

Yaponiya 39 prefekturasında fövqəladə vəziyyət rejimini ləğv edəcək.

XalqTv.com qafqazinfo-ya istinadən bildirir ki, bunu Dövlət Ekspert Şurasının iclasında İqtisadiyyatın Bərpası İşləri üzrə nazir Yasutosi Nisimura bildirib.

İclasın əvvəlində nazir 16 aprel tarixindən etibarən ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejiminin 39 prefekturada ləğv ediləcəyini elan edib. Fövqəladə vəziyyət rejimi Hokkaydo, Tokio, Saytama, Tibe, Kanaqava, eləcə də Kioto, Osaka və Höqoda qüvvədə qalacaq.

Məsələ Ekspert şurasında müzakirə olunduqdan sonra Yaponiyanın Baş Naziri Sindzo Abe parlamentə fövqəladə vəziyyət rejiminin ləğvi ilə bağlı müraciət edəcək. Axşama onun mətbuat konfransı planlaşdırılır və sonra rəsmi olaraq, Hökumət Qərargahı tərəfindən qərar qəbul ediləcək.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR