Xəbərlər

DİM beynəlxalq imtahanların keçirilməsinə başlayır

  • 14 May 2020
  • 373 baxış

Dövlət İmtahan Mərkəzi (DİM) müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq, beynəlxalq imtahanların keçirilməsinə başlayır.

Mərkəzdən XalqTV.com-a verilən məlumata görə, mart ayından etibarən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə həyata keçirilən tədbirlərə uyğun olaraq beynəlxalq imtahanların keçirilməsi təxirə salınıb. DİM müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq 14 may tarixindən etibarən beynəlxalq imtahanların keçirilməsini davam etdirəcək:

"Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaqdır. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır".

DİM-də keçirilməsi nəzərdə tutulan müxtəlif beynəlxalq imtahanlar və onların tarixləri ilə aşağıdakı cədvəldə təqdim edilir:

http://dim.gov.az/events/


XalqTv/Milli.az

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR