Xəbərlər

Azərbaycanda teatr və konsertlərin fəaliyyəti dayandırıldı

Masya
Masya
  • 07 Mar 2020
  • 188 baxış

Bu gündən Mədəniyyət Nazirliyi sistemində olan bütün teatr və konsert müəssisələri fəaliyyətini müvəqqəti dayandırıb.

XalqTvşcom xəbər verir ki, bunu Trend-ə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.

Onun sözlərinə görə, Mədəniyyət naziri Əbülfəs Qarayev koronavirus təhlükəsi ilə əlaqədar bütün müəssisələrin fəaliyyətinin martın 27-dək dayandırılması barədə tapşırıq verib.

Teatr və konsert müəssisələri martın 27-də fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.03.2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək Nazirliyin tabeliyində olan bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılmış, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələri və təhsil müəssisələrinin rəhbərlərinə yoluxma hallarının qarşısının alınması məqsədi ilə tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin görülməsi tapşırılıb.

Bununla əlaqədar Bakı şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələri üzrə şəhər və rayonlarda uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülməkdədir. Prosesin 9 mart 2020-ci il tarixinədək tam yekunlaşması nəzərdə tutulub.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR