Xəbərlər

Zəlzələ zonasından təxliyə edilən 105 vətəndaşdan 42-i Naxçıvana çatıb

Masya
Masya
  • 26 Jan 2020
  • 91 baxış

Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyyəsi prosesi bütün gecə ərzində davam edib.

XalqTV.com bildirir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Elazığ və Malatiyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar.

Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər. Üç avtobusdan 1-cisi artıq Naxçıvana çatıb. 2-ci avtobus Naxçıvana çox yaxındır. 3-cü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq. Təxliyyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Yerdə qalan 63 nəfər də 2 avtobusla tezliklə Naxçıvanda olacaqlar.

Daha sonra isə vətəndaşlarımız Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR