idman

Redondo Zidan haqda: "Del Boskeni xatırladır"

  • 01 Jun 2017
  • 228 baxış

Zidanın məşqçi kimi imza atdığı uğurlar məni təəccübləndirmir.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Madrid "Real"ının sabiq futbolçusu Fernando Redondo deyib.

Argentina yığmasının keçmiş yarımmüdafiəçisi açıqlamasında "kral klubu"nun baş məşqçisi Zinəddin Zidanı tərifləyib.
 
Redondo bildirib ki, Zidan "Real"ın sabiq çalışdırıcısı Visente del Boskeni xatırladır: "Zinəddin "Real"ın səviyyəsinə uyğun məşqçidi. Onda dahi del Boskenin çox xüsusiyyətini görürəm. Təzyiqə tab gətirməyi və nəticə verməyi bacarır. Zidanın "Real"da fantastik iş gördüyünü düşünürəm. Onu məşqçi kimi, böyük gələcək gözləyir".
 
Qeyd edək ki, Redondo 1994-2000-ci illərdə "Real"ın formasını geyinib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR